Tərtərdə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib+FOTOLAR
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş görüş keçirilib.
Görüşün qonağı, tarix müəllimi Sərxan Yusifzadə Heydər Əliyevin ilk hakimiyyət illərindən bəhs edib, Ulu Öndərin hakimiyyət illərində etdiyi fəaliyyətlər və onların strategiyaları haqqında məlumat verib.
Bundan əlavə Sərxan bəy bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində atılan əhəmiyyətli addımlar haqqında ətraflı məlumat verib.
Sonda gənclərlə birlikdə “Qurtuluş Günü” sənədli filmi izlənilib.


