“18 gün oğlumun nəşi tapılmadı” – Aprel şəhidinin anası
Xəbər verdiyimiz kimi, bu gün şanlı aprel döyüşlərindən 3 il ötur.
ARANTV.AZ xəbər verir ki, “Şou Atv” proqramında şəhidlərin yaxınları iştirak edib. Aprel döyüşlərinin son şəhidi gizir Seymur Baxışovun anası Zemfira Baxışova danışıb:
“Seymur evin sonbeşiyi idi. Aprel döyüşlərinin son şəhidi idi. Sabay, ayın üçü Seymurun ildönümüdür. 20-də dəfn günüdür. 18 gün tapılılmadı. Daha sonra təmas xəttindən oğlumun nəşini tapdılar. Ayın 19-da Sumqayıta gətrildi, 20-si isə dəfn etdik. Seymur o qədər vətənpərvər uşaq idi, hərbiçi ailəsində böyümüşdü. Yoldaşım 25 il vətənə qulluq edib, oğlum dedi – “mən niyə hərbçi olmayım?!” Düzdür, mən istəmirdim. İstəyirdim başqa sahəni seçsin. Futbolu çox sevirdi. Elə hey tələsirdi evlənmək üçün… Deyirdim 21 yaşın var hara tələsirsən? 22 yaşında toy etdik, oğlu Amil dünyaya gəldi. Ailəsinə çox mehriban idi”big.az

