Region Xəbərləri 

Prezident İlham Əliyev Özbəkistanda geniş tərkibli görüş zamanı

Özbəkistan Respublikası Mərkəzi Asiyanın mərkəzi hissəsində yerləşir. Özbəkistan böyük tarixi olan qədim ölkədir. Özbəkistanın “nargis.uz” portalı öz səhifəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı rus dilində böyük məqalə yayıb.
Bu məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, keçmiş SSRİ zamanında Azərbaycanda və Moskvada işlədiyi dövr, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü kimi gördüyü işlər, Moskvada işlədiyi müddətdə daim Azərbaycanın yanında olması, həmçinin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti geniş işıqlandırılır.
Bildirilir ki, mayın 10-da müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin Fəxri xiyabandakı məzarını minlərlə insan və şəhərin qonaqları ziyarət edir, əklillər və gül dəstələri qoyurlar.
Yazıda Heydər Əliyevin 1970-1980-ci illərdə ölkədə gördüyü işlər və müstəqillik dövründə Azərbaycan dövlətinin və dövlətçiliyinin formalaşmasında və inkişafında, ölkənin suverenliyi, ərazi bütövlüyü, dünya birliyinə inteqrasiyası, neft və digər uzunmüddətli layihələrin hazırlanmasında əvəzolunmaz xidmətləri haqqında ətraflı məlumat verilir.
Vurğulanır ki, müstəqil Azərbaycanın rəhbəri olduğu müddətdə türkdilli dövlətlərlə – Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin Rusiya, ABŞ, Avropa dövlətləri ilə mehriban əlaqələr qurulub.
Qeyd edilir ki, Ulu Öndərin ən böyük arzusu Azərbaycan torpaqlarının işğaldan azad edilməsi olub. Nəhayət bu arzu da reallaşdı. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqları 44 gün ərzində işğaldan azad etdi. Bununla da Prezident İlham Əliyev atasının vəsiyyətini yerinə yetirmiş oldu.
Əlbəttə, bizim bugünkü razılaşmalarımız onu göstərir ki, biz bugünkü nailiyyətlərimizi gələcəkdə real həyata tətbiq edəcəyik. Siz çox düzgün olaraq qeyd etdiniz ki, bu gün görülən bütün işlər iki xalqın rifahı naminədir.
İqtisadiyyat naziri Mikayıl cabbarov və Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakov arasında görüş keçirilib.
Tərəflər Azərbaycan -Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların əlaqələrin inkişafında mühüm önəmini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Planının uğurlu icrası ikitərəfli əlaqələrin genişləndirilməsinə əhəmiyyətli töhfə verir.
Görüşdə işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların əlaqələrin inkişafında rolu qeyd edilib, sənaye, kənd təsərrüfatı, investisiya, nəqliyyat – tranzit və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə şəhər F.M.Muradov adına 7 nömrəli tam orta məktəbin direktoru Mehparə Mustafayeva

Daha çox xəbərlər