Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Avropaya Bakı qazı ixracı – Brayza “işin içində üç ölkə var” dedi

By Vüsal Rafiqoğlu
24.06.2022 5 Min Read

Ekspert deyir ki, sabiq həmsədrin 2027-ci ili hədəf göstərməsi təsadüfi deyil

Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson iyulda Azərbaycana səfər edəcək. Bu barədə K.Simson Latviyada keçirilən forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, Aİ-nin Enerji platforması Avropanın şaxələndirmə üzrə başlıca səylərindən biridir.

“Bu platforma bizə qaz infrastrukturunu daha səmərəli istifadə etməyə və tədarüklərlə bağlı tərəfdaşlarla işləməyə imkan verəcək. Beynəlxalq tərəfdaşlarla təmaslara gəldikdə, biz ABŞ və Norveçlə danışıqlarda irəliləyiş əldə etmişik. Ötən həftə Qahirədə Misir və İsraillə anlaşma memorandumu imzaladıq. Mən iyul ayında Azərbaycana da səfər edəcəyəm. Bizim həmçinin Kanada, Qətər, Əlcəzair və digər ölkələrlə intensiv təmaslarmız var”, – deyə o bildirib.

Aydındır ki, indi Avropa Birliyinin əsas hədəfi qarşıdakı qışadək həm qaz ehtiyatlarını artırmaq, həm də yaxın illərdə Rusiya qazından asılılığı aradan qaldırmaqdır. Bu səbəbdən Avropadan Bakıya qaz dalınca gələnlərin sayı artır. Azərbaycan Avropanın enerji təhlükəsizlyinin təmin olunmasında həlledici rol oynamağa başlayır. Bu proses ABŞ tərəfindən də dəstəklənir. Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayzanın “Amerikanın səsi”nə müsahibəsi də bu kontekstdə maraqlıdır.

“Məlumdur ki, prezident Bayden Avropa İttifaqına və ya ABŞ-ın avropalı müttəfiqlərinə 15 milyard kubmetr təbii qazın alınmasına kömək etmək vədi verib. Enerji Avropa üçün əsasən təbii qaz deməkdir. Bayden administrasiyası onun bütün avropalı müttəfiqlərinin Azərbaycanın qapılarını döydüyünü və mümkün olan qazı almaq istədiyini bilir. Onu da deyim ki, hazırda Azərbaycan Avropaya öz ehtiyatlarından əlavə qaz göndərə bilər. Bəs bu qaz haradadır? Mənim qeyd etmək istədiyim digər mühüm məqam da budur: Bu qaz Xəzərin o tayında – Türkmənistandadır. Belə ki, Türkmənistan dünyanın ikinci ən böyük təbii qaz ehtiyatlarına malikdir. Türkmənistan öz qazını Avropaya çatdırmaq istəyir. Problem ondadır ki, Rusiya və İran ”Transxəzər” qaz kəmərinə qarşıdır. Buna görə də son vaxtlar Türkmənistanın İranın şimal-şərqinə qaz tədarükü ilə bağlı kifayət qədər intensiv diplomatiya aparılır. İran daha sonra həmin qazın kiçik bir hissəsini ödənişli olaraq götürəcək və daha sonra ekvivalent həcmdə təbii qaz İrandan, İranın qərbindən ayrıca boru kəməri sistemi ilə Azərbaycana, Azərbaycandan Türkiyəyə və oradan da Avropaya ixrac ediləcək. Bu, diplomatiyanın özü kimi mürəkkəbdir”, – deyə Brayza bildirib.

Brayza deyib ki, onun fikrincə, Bayden administrasiyası bu cür mübadilələrə razı olacaq və Türkmənistan qazının hələlik az həcmdə, 2027-ci ildən sonra isə bəlkə də daha çox həcmdə qaz olmaqla Azərbaycan vasitəsilə Avropaya çatdırılması mümkün olacaq. Avropadan gələnlərin sayının artması və Brayzanın mürəkkəb qaz anlaşması sxemi nə qədər gerçək ola bilər? Rusiyanın reaksiyası məsələyə necə ola bilər? Mümkün əngəlləmə planları və sairə ola bilərmi?

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi şərhçi, əməkdar jurnalist Elçin Mirzəbəyli Brayzanın dediklərini təsadüfi saymır: “Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simsonun iyulda Azərbaycana səfəri şübhəsiz ki, Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlıdır. Azərbaycan hazırda Aİ-nin enerji sektorunda balanslaşdırıcı rol oynayır. Amma Avropa İttifaqının təbii qaza olan tələbatının illik 320 milyard kubmetr olduğunu nəzərə alsaq, hətta TAP kəmərinin bütün ötürücülük potensialının istifadə ediləcəyi təqdirdə Aİ-ni ən yaxşı halda 20-24 milyard kubmetr təbii qazla təmin edə bilərik. Qeyd edim ki, Aİ təbii qaza olan tələbatının 120 milyard kubmetrini sıxılmış qazla təmin edir. 160 milyard kubmetrini Rusiyadan alır. ABŞ Avropaya sıxılmış qaz ixracını 20 milyard artıracağına söz verib. Azərbaycan isə Avropaya illik 10 milyard kubmetr, ola bilsin ki, bir az da artıq təbii qaz satmaq imkanına malikdir. Rusiya qazından imtina ediləcəyi təqdirdə, Aİ-nin 130-140 milyard kubmetr təbii qaza ehtiyacı yaranacaq. Bunu isə yalnız Orta Asiyadan alınan təbii qazın hesabına kompensasiya etmək olar. Türkmənistan qaz ehtiyatlarına görə dünyada 4-cü yerdədir. Bu ölkənin təsdiq edilmiş təbii qaz ehtiyatları 19,5 trilyon kubmetr təşkil edir. Özbəkistanın təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcmi 1 trilyon 688,9 milyard kubmetrə çatır. Qazaxıstanın təsdiq olunmuş təbii qaz ehtiyatları isə 3,8 trilyon kubmetrdir. Qeyd edim ki, təqdim etdiyim rəqəmlər təbii qaz ehtiyatlarını ifadə edir. İxraca gəldikdə isə reallıqlar fərqlidir. Məsələn, Türkmənistan təbii qaz ehtiyatlarına görə 4-cü yerdə olduğu halda, hasilata görə 11-ci yerdədir. Bunun da əsas səbəbi geosiyasi faktorlarla və ixrac üçün müvafiq infrastrukturun olmaması ilə bağlıdır. Avropanın Rusiya qazından asılılığının aradan qaldırılmasında Orta Asiya ölkələri rol oynaya bilərlərmi? Əlbəttə, təkcə Türkmənistanın təbii qaz ehtiyatları buna imkan verir. Lakin bunun üçün infrastruktur yoxdur. TAP-ın ötürücülük imkanları isə, daha öncə qeyd etdiyim kimi, Orta Asiya qazının Aİ-nin tələbatınının, hətta müəyyən bir hissəsinin ödənilməsinə imkan vermir. Bu səbəbdən, Aİ-nin Rusiya qazından asılılığına yalnız bir halda son qoymaq olar ki, təxminən illik 120-130 milyard kubmetr qaz ötürücülüyünə malik olan kəmərlər inşa edilsin. Bunun üçün isə ən azı 3-4 il vaxt lazımdır. Mən hələ geosiyasi və geoiqtisadi faktorları, Rusiyanın sərgiləyəcəyi davranışları və digər məqamları nəzərə almıram. Qənaətimə görə, Brayzanın Türkmənistan qazının Avropaya ixracı ilə bağlı 2027-ci ili hədəf göstərməsi təsadüfi deyil. Amma şübhəsiz ki, əgər söhbət yeni kəmərlərin inşasından gedirsə, bunun üçün Rusiyanın qaz kəmərlərinin keçəcəyi ərazilərə təsir imkanlarını minimal həddə çatdırmaq lazımdır. Mövcud vəziyyət, Rusiyanın Ukraynaya müdaxiləsinin hələ bir neçə il də davam edəcəyi ehtimalını irəli sürməyə imkan verir. Ola bilsin ki, irəlidə Rusiya ilə qarşıdurmaya bu ölkə ilə Şərqi Avropa istiqamətində həmsərhəd olan yeni oyunçular da qatılsın”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı 

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, “Transxəzər” layihəsi Ukrayna müharibəsi ilə daha da aktuallaşıb: “Azərbaycan bu layihənin icrası üçün belə demək mümkünsə, ”ev tapşırığını” yerinə yetirib: Cənub Qaz Dəhlizini icra edib, Xəzərin statusunun müəyyən edilməsində irəliləyiş əldə olunub və son olaraq, Türkmənistanla mübahisəli olan yataq məsələsi həllini tapdı. Yataq məsələsinin məhz Qarabağ müharibəsindən və Cənub Qaz Dəhlizinin tam işə düşməsindən sonra həlli də prosesin mərhələli şəkildə həyata keçirildiyini göstərir. Lakin Rusiya amili burada əngəl olaraq qalmaqdadır. Bu baxımdan, Prezident İlham Əliyev ötən ilin noyabrında Aşqabadda taktiki dəyişikliyə getdi: Türkmənistan qazının İran üzərindən Azərbaycana gətirilməsini razılaşdırdı. Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək. Bakı bununla ilk olaraq türkmən qazına Avropa bazarına çıxış imkanı yaradır. Digər tərəfdən, İrana tranzit imkanı verməklə Tehranın həm bölgədə siyasətinə təsir göstərir, həm də Brayzanın dilə gətirdiyi sxemə perspektiv imkan yaratdı. “Transxəzər” layihəsinə Rusiya ilə yanaşı, İranın da qarşı olması türkmən qazının İran üzərindən Azərbaycanın boru kəmərlərinə çıxışını mümkün edir. Çünki İran da bu prosesdə tranzitə çevriləcək. Hərçənd Rusiya amili ilə yanaşı, İranın “nüvə sazişi”, eləcə də Qərblə qarşıdurmasının davam etməsi bu perspektivdə ciddi çətinliklər yaradır. Bu baxımdan, Brayzanın dediyi sxem üzrə türkmən qazının İran tranziti ilə Azərbaycana gətirilməsi mümkün görünsə də, ciddi problemlərlə üzləşəcəyi də aydındır. İndi hər şey Qərb-Rusiya qarşıdurmasının nəticəsindən asılı olacaq. ABŞ həqiqətən də dediyi kimi, Rusiyanı “təhlükə yaratmayacaq” qədər zəiflədə bilərsə, türkmən qazının Avropaya çıxışının önü açılacaq, əks təqdirdə, bu, ideya olaraq qalır və İran üzərindən Bakıya göndərilən türkmən qazı yalnız Türkmənistanın enerji bazarını şaxələndirməsi ilə məhdudlaşacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev Özbəkistanda geniş tərkibli görüş zamanı

Next

Xarici borc azalır, daxili borclanma artır – səbəblər

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv