Azərbaycanda yeganə olan kolxozda taxıl biçini necə aparılır?
Respublikamızda yeganə ictimai təsərrüfat olan İsmayıllı rayonundakı Nikitin adına kolxozda taxıl biçini sürətlə davam edir. Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov kolxozda olub, taxıl zəmilərində biçinin gedişi, taxılçıların qayğıları ilə maraqlanıb.
ARANTV.AZ xəbər verir ki, İvanovka kəndində Nikitin adına kolxozda cari ilin məhsulu üçün 4273 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 2153 hektarı buğda, 2120 hektarı isə arpadır. Artıq 200 hektar ərazidə buğda, 600 hektarda isə arpa biçini aparılıb. Taxıl biçininə 20 ədəd kombayn cəlb olunub.
Kolxozda mühüm strateji məhsul olan taxılın vaxtında və itkisiz yığılması istiqamətində bütün zəruri tədbirlər görülür.
İcra başçısı kolxozun günəbaxan sahəsində də olub. Bu il İvanovkada 240 hektar ərazidə günəbaxan bitkisi əkilib.

