Cəmiyyət 

Sürücülərin nəzərinə

Yasamal rayonunun Süleyman Dadaşov küçəsinin bir hissəsində təmir-tikinti işləri həyata keçirilir.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda küçənin Ayna Sultanova və Seyfəddin Dağlı küçələri arasında yerləşən 220 metrlik hissəsi təmir edilir.

Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 baxış qapağı yenisi ilə əvəz olunacaq, küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədilə 8 yeni işıq dirəyi quraşdırılacaq.

Daha sonra texnoloji ardıcıllığa uyun olaraq küçənin 3500 kvadratmetr sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Sürücülərin nəzərinə

Sürücülərin nəzərinə

Daha çox xəbərlər