21 yaşlı gənc bıçaqlandı – Gədəbəydə
Gədəbəy rayonunda 21 yaşlı gənc bıçaqlanıb.
ARANTV.AZ Unikal.org -a istinadən xəbər verir ki, hadisə rayonun Arıqıran kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1998-ci il təvəllüdlü Nicad Vidadi oğlu Kazımov döş qəfəsindən və bud nahiyəsinindən bıçaqlanıb. O, ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onun mübahisə zəminində tanışı tərəfindən bıçaqlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

