Azərbaycanda 2 nəfər maşının altında qalıb öldü
Dünən Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, Şəki şəhər Osmanov küçəsində naməlum avtomobil 45-50 yaşlı kişini vurub. Hadisə gecə saat 23 radələrində baş verib və qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Oxşar hadisə dünən gecə Goranboy rayonunda da qeydə alınıb.
Bakı-Qazax magistralının Goranboyun Nadirkənd kəndi ərazisindən keçən hissəsində “Cherry” markalı avtomobil 40-45 yaşlı kişini vurub. Piyada hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.publika.az

