Hadisə 

Bakı metrosunda sərnişin huşunu itirib

Bakı metrosunda sərnişinin halı pisləşib.

ARANTV.AZ  Oxu.Az-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında metronun “Nizami” stansiyasında qeydə alınıb.

Gənc qız bir anda huşunu itirərək, yerə yıxılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, gənc qızın halı pisləşib və metropoliten əməkdaşları ona yardım ediblər:

“Xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırılıb. Təcili yardım gələnə qədər polislər və metropoliten əməkdaşları sərnişinə ilkin yardım göstəriblər”.

Daha çox xəbərlər