Bakıda “BMW” və “KİA” toqquşdu – YARALILAR VAR
Bakıda ağır yol qəzası baş verib.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsində “KİA” və “BMW” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində 3 nəfər müxtəlif xəsarətlər alaraq Sabunçu xəstəxanasına aparılıb. Yaralılardan ikisi qadın, digəri isə kişidir.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

