Fövqəladə Hallar Nazirliyi Sabirabadda itkin düşmüş şəxsin axtarışına başlayıb.
ARANTV.AZ xəbər verir ki, “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Qalağayın kəndində su kanalına düşdüyü ehtimal olunan 1986-cı il təvəllüdlü Əliyev Sarvan Zabit oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.publika.az
