Hadisə 

Bakıda gənc oğlan 12-ci mərtəbədən yıxılaraq ölüb

Xətai rayonunda gənc oğlan binadan yıxılıb.

ARANTV.AZ  xəbər verir ki, hadisə “Babək Plaza”nın yaxınlığında qeydə alınıb.

2004-cü il təvəllüdlü İ.Quliyev həmin ərazidə yerləşən çoxmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılıb və aldığı xəsarətlərdən həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Daha çox xəbərlər