Qusarda 85 yaşlı kişi hovuzda boğulub
Qusar rayon sakini hovuzda boğulub.
ARANTV.AZ xəbər verir ki, hadisə Qusar şəhərində qeydə alınıb.
Belə ki, 1937-ci il təvəllüdlü Səfərov Mühacib Tacib oğlu hovuza düşərək boğulub.
M.Səfərov Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

