Cəmiyyət 

Elinanın atasından məktəb direktorunun ev dustaqlığı ilə bağlı qərarına AÇIQLAMA

“Ev dustaqlığı ilə bağlı qərarı oxudum. Mən Azərbaycan qanunverciliyi çərçivəsində o xanımın layiqincə cəzalandırılacağına tam inanıram. Mən qızımı itirmişəm, əlim-qolum bağlanıb…”.

ARANTV.AZ xəbər verir ki, bu sözləri news24.az-a açıqlamasında özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev məktəbin sabiq direktoru Sevinc Abbasovanın dünən verilən qərarla ev dustaqlığına məhkum olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

O deyib ki, Sevinc Abbasovanın cəzalandırılacağına əmindir: “Bütün bu işlər davam etdirilir və mən Azərbaycanda ədalətə inanıram. Ədalətli qərar çıxarılacaq və mənim balamın qanı yerdə qalmayacaq”.

Daha çox xəbərlər