Prezident İlham Əliyev hakimi vəzifəsindən azad etdi – Qanunu dəfələrlə pozduğuna görə
Prezident İlham Əliyev Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.
ARANTV.AZ azərtac-a istinadən bildirir ki, Sərəncama əsasən, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Musa oğlu Mahmudovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir.

