“Təltif olunmaq nə qədər şöhrətdirsə, bir o qədər də məsuliyyətdir” – İcra başçısı təltif olunmasından DANIŞDI
Prezidenti İlham Əliyev Bərdə Rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayevi ordenlə təltif edib. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə V.İsayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Sonxeber.az-la sevincini bölüşən icra başçısı Vidadi İsayev Prezidentə təşəkkürünü bildirib:
“Allah İlham Əliyevi və ölkəmizi qorusun. Bizim borcumuz bizə göstərilən etimadı doğrulmaqdır. Dövlət və dövlətçilik naminə xidmət göstərməkdir. İnsanlar bizlərdən razı qalmalıdır. Təltif olunmaq nə qədər şöhrətdirsə, bir o qədər də məsuliyyətdir. Məsuliyyətlə işləmək lazımdır. Biz dövlətin əsgəriyik, xalqımızın xidmətində olmalıyıq”.

