Cəmiyyət 

19 yaşlı şəhidimizlə vida keçirilir – FOTO

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun 19 yaşlı əsgəri Nihad Qasımovun nəşi doğulduğu Şəki rayonun Kiçik Dəhnə kəndində yaşayan ailəsinə təhvil verilib.

ARANTV.AZ-ın məlumatına görə, hazırda şəhidimizlə vida mərasimi keçirilir.

Dəfn mərasimində şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyi əməkdaşları, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Onun cənazəsi Kiçik Dəhnə kəndində yerləşən Şəhidlər xiyabanında dəfn ediləcək.

 

Daha çox xəbərlər