Mirzəcan Xəlilov “Şöhrət” ordeni ilə təltif edildi
Prezident İlham Əliyev M.M.Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
ARANTV.AZ azərtac-a istinadən bildirir ki, Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilsin.

