Ermənilər səhvən Azərbaycan bayrağını “Twitter”də BİRİNCİ ETDİLƏR – FOTO
Ermənilər özləri də istəmədən Azərbaycan bayrağını Ermənistanda “twitter” trendində 1-ci ediblər.
ARANTV.AZ xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas özünün “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, dünyaya səslərini “çatdırmağa” çalışarkən ermənilər “Azərbaycan” sözü əvəzinə bayraqdan istifadə ediblər, çünki “Azərbaycan” sözü uzundur və “Twitter”də simvol limiti var. Həmin səbəbdən platforma bu bayrağı Ermənistan trendində başa sancıb.
“Təsadüfi, qəribə və maraqlı hadisə. Kortəbii hay-küyün nəticəsi. Dünən AzərbaycanaSanksiya #-nin yerində bu gün Azərbaycan bayrağı dalğalanır”, – deyə texnobloqer hadisə haqqında fikrini bildirib.
O, qeyd edib ki, hazırda Azərbaycan trendində də bizim bayraq 1-ci yerdədir.


