Bakıda 49 yaşlı adam itkin düşdü
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin sakini Hadıyeva Yeganə 19 aprel tarixində Sabunçu rayon polis bölməsinə müraciət edərək qardaşının itkin düşdüyünü bildirib.
ARANTV.AZ metbuat.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi sakini, 1970-ci il təvəllüdlü Pəncəliyev Elşən Əliisgəndər oğlu 4 ay əvvəl yaşadığı evdən çıxaraq geri qayıtmamışdır.
Faktla bağlı Sabunçu rayon polis idarəsinin 13-cü bölməsində araşdırma aparılır.

