Astarada torpaq sürüşməsi: Ev təhlükəli vəziyyətə düşüb – FOTO
Fövqəladə Hallar Nazirliyinə Astara rayonunun Sım kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakini Xalıqov Xətai Xanoğlan oğluna məxsus evin yaşayış üçün təhlükəli vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayıb.
Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Sım kənd sakini Xalıqov Xətai Xanoğlan oğlu üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

