Cəmiyyət 

“Bu telekanallarda əxlaqa zidd verilişlər nümayiş olunanda…” – Deputatlardan KƏSKİN İRAD

“Özəl telekanallar biznes qurumudur. Bu telekanallarda əxlaqa zidd verilişlər nümayiş olunanda Milli Televiziya və Radio Şurası mövqeyini ortaya qoyur, qərarlar qəbul edir”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov söyləyib.

S. Novruzov deyib ki, İctimai Televiziya fərqli bir formatdır və bu telekanalda yenilikər olmalıdır:

“Yenilik verilişi bir diktorun ayaqüstə, digərinin oturub aparması deyil. İctimai Televiziyada milli, mənəvi sahələrlə, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır. Yenilik milli-mənəvi, səhiyyə, mədəniyyət və başqa mühüm sahələrlə bağlı olmalıdır. Köhnə təcrübədən və yenilərin enerjisindən istifadə etməklə cəmiyyətə normal proqramlar təqdim olumalıdır”.

Millət vəkili Aqil Abbas bildirib ki, yenilər köhnələrin haqqını tapdamamalıdır:

“Bəzən nazir dəyişir, ondan 15 il əvvəl işləyənin əməyi yada salınmır. İctimai Televiziyada da əməyi olan insanlar olub”.

Millət vəkili özəl telekanalalarda dərmanların, həkimlərin reklamının yolverilməz olduğunu vurğulayıb:

“İctimai Televiziya hər zaman milli-mənəvi dəyərlərə üstünlük verib. Arada bir az qırılma oldu, indi düzəlir”.Sonxeber.az

Daha çox xəbərlər