İstanbulda divar uçdu – Dağıntılar altında qalan var
İstanbulda tikilməkdə olan binalardan birinin divarı uçub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, dağıntılar altında 2 nəfərin qaldığı deylir.
Hazırda ərazinin nəzarətə alındığı və hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadalarının cəlb olunduğu bildirilir.
Hadisə ilə bağlı başqa detallar açıqlanmır.
Qeyd edək ki, ötən gün İstanbulun Kağıthane rayonunda 4 mərətəbli bina uçmuşdu.

