Bakıda ağacları kəsdilər – FOTO
Bakı şəhərinin Yasamal rayonu, Mikayil Müşfiq küçəsində ağacları kəsilib.
ARANTV.AZ-ın məlumatına görə, ağaclar ötən gün məhv edilib.
Ərazidə 10-dan çox ağacın kəsildiyi qeyd edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az–a açıqlamasında bildirib ki, hazırda nazirliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilir, araşdırma aparılır.
Şəkillər “Qaynarinfo”ya məxsusdur.

