Gündəm 

Üç ayda Gömrük Komitəsi dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait köçürüb

Cari ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 1 milyard 14 milyon 70 min manat olub.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, üç ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 227 milyon 314 min manat, əlavə dəyər vergisi üzrə 699 milyon 856 min manat, aksizlər üzrə 77 milyon 73 min manat, yol vergisi üzrə isə 9 milyon 825 min manat təşkil edib.

Daha çox xəbərlər