Cəmiyyət 

Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək

ARANTV.AZ xəbər verir ki, əlilliyin qiymətləndirilməsinə dair gələn ilin əvvəlindən tətbiqi nəzərdə tutulan yeni meyarlara əsasən, əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək. Bu, dövlət səhiyyə sisteminə daxil olan bir sıra tibb müəssisələrinin həmin agentliyin nəzdindəki “TƏBİB”-Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin tabeliyinə verilməsi ilə əlaqədardır. Əlilliyin qiymətləndirilməsi üçün yeni göndəriş forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında razılaşdırılmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyalarının ekspertləri və agentliyin nəzdindəki səhiyyə müəssisələrinin həkimlərinin yeni meyarların tətbiqi ilə bağlı müvafiq biliklərə yiyələnmək üçün xüsusi təlimlərə cəlb olunması nəzərdə tutulur. Yeni meyarların tələblərinə uyğun olaraq xüsusi proqram təminatı da işləniləcək. Əlilliyin müəyyən olunması ilə bağlı yeni meyarlar Dünya Səhiyyə Təşkilatının standartları əsasında hazırlanıb.

Daha çox xəbərlər