Uşaqları zorlayanlar 20 ilədək həbs olunacaq
14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək.
ARANTV.AZ xəbər verir ki, bu barədə Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə qeyd olunub.
Layihəyə əsasən, zorlama aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

