Region Xəbərləri 

Bərdə rayon Ağsaqqallar Şurası Zəfər Günü münasibətiələ tədbir keçirib Video

Bərdə Rayon Ağsaqqallar Şurası Heydər Əliyevin varistləriyik devizi altında 8 Noyabr “Zəfər Günü” münasibəti ilə Şəhid anaları, Vətən müharibəsi Qaziləri, Veteranları və Qarabağ Müharibəsi Qaziləri ilə görüş keçirib. Görüşdə rayon Ağsaqqallar Şurasının üzvləri, Bərdə rayon İcra Hakimiyyəti nümayəndələri hüquq mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon gəncləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Bərdə  rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov açaraq bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan danışaraq vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə ölkəmizi fəlakətə sürükləyən məkrli planların qarşısını almağa qadir yeganə şəxsiyyət məhz xalqın inam və etimad bəslədiyi ulu öndər Heydər Əliyev idi.  Bu gün hər bir azərbaycanlı Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada Ümummilli Liderin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıdır. Ümummilli lider Heydər Əliyev əbədiyyətə qovuşmasına baxmayaraq, onun ideyaları yaşayır və Azərbaycanın işıqlı gələcəyinə xidmət edir.

Çıxış davam etdirən rayon təşkilatının sədri bildirdi ki, Azərbaycanın müzəffər Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin müdirik siyasəti və “Dəmir yumruq” əməliyyatı ilə 30 ilə yaxın bir müddətdə işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük müharibədə tarixi Zəfər qazandı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti daim nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi Qələbəmizi şərtləndirən amillərdir. Habelə Yaşar Zamanov onuda qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şəhid ailələrinə, Qazilərə, müharibə iştirakçılarına daim diqqət və qayğı göstərməkdədir.

Daha sonra rayon Ağsaqqallar Şurası tərəfindən şəhid ailələrinə, qazilərə bayram sovqatı paylanılıb və Fəxri Fərmanlar la təltif ediliblər.

Tədbir rayon Bərdə rayon Nəriman Nərimanov adına 3 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış kompozisiya və vətənpərvərlik ruhunda səsləndirilmiş musiqilərlə davam etdirilib.

 Arantv

Daha çox xəbərlər