Sosial 

“Azərenerji” Vətən Müharibəsindən sonra görülən işlərə dair film hazırlayıb

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzi 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı “Zəfərin enerjisi” adlı film hazırlayıb.

ARANTV.AZ  bu barədə quruma istinadla xəbər verir.

Məlumata görə, filmdə enerji təchizatı zamanı mina təhlükəsi, soyuq hava, qar, şaxta, sıldırımlı dağlar, yolsuzluq, şəraitsizlik, sıx meşəlik və çətin relyef olmasına baxmayaraq görülən işlər, ümumilikdə 22 enerji obyekti üzrə 4 su elektrik stansiyasının, 9 rəqəmsal yarımstansiyanın və 1 Regional Rəqəmsal İdarəetmə Mərkəzi tikilrək Prezident İlham Əliyevin iştirakı ilə istismara verilməsi, 5 yerdə kiçik su elektrik stansiyasının və 3 yerdə yarımstansiyanın tikintisinin davam etməsi öz əksini tapıb. Qeyd edilib ki, 30 illik həsrətdən sonra işğaldan azad edilən bütün rayonlarda bu gün artıq Azərbaycan işığı yanır.

Daha çox xəbərlər