Cəmiyyət 

Sumqayıt şəhərində jurnalistlər ağac əkdi

“Bu yaz özün bir təbiət yarat!” devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac əkib.

ARANTV.AZ  xəbər verir ki, 27 aprel 2019-cu il tarixində keçirilən aksiyada100-dən artıq media numayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib,son illər yaşıllıqlar şəhərinə çevrilən Sumqayıtıntəbiətinə daha bir töhfə verilib.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə keşirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Qeyd edək ki, əkilən ağac tingləri ETSN-nin Azəryaşlandşaft ASCvə Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

ETSN yazağacəkmə aksiyalarında istirak edən bütün təşkilatlara, ictimaiyyət və media nümayəndələrinə öz təşəkkürünü bildirir və növbəti ağacəkmə kampaniyalarının daha da kütləviləşəcəyinə ümid edir.

metbuat.az

Daha çox xəbərlər