“Azərbaycan və Xorvatiya əməkdaşlığı möhkəmləndirməlidir”
Azərbaycan və Xorvatiya nəqliyyat sahəsində əməkdaşlığı möhkəmləndirməlidir.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç-Buriçlə birgə mətbuat konfransında deyib.

