Hadisə 

Sərxoş sürücü avtomobili aşırdı: 1 nəfər öldü

Neftçala rayonunda sərxoş sürücü ölümlə nəticələnən yol qəzası törədib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun 1-ci Mayak kəndində baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü Xanməmmədov Elmar Vaqif oğlu kənd ərazisində sərxoş vəziyyətdə “Mercedes Benz” markalı avtomobili idarə edərkən 1-ci Mayak kəndi ərazisində Xəzər dənizi sahilində idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində avtomobildə olan, 1971-ci il təvəllüdlü 1-ci Mayak kənd sakini Ələkbərov Vüqar Əliabbas oğlu hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Daha çox xəbərlər