10 ayda müharibə iştirakçısı olan 374 nəfərə yüksək texnologiyalı protez verilib
Bu ilin 10 ayı ərzində I və II Qarabağ müharibəsi iştirakçısı olan 374 nəfərə 389 yüksək texnologiyalı protez verilib.
ARANTV.AZ xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib.
O bildirib ki, 1748 nəfər isə 28 mindən artıq müxtəlif reabilitasiya vasitələri ilə təmin olunub.

