Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC-nin yubileylə bağlı Tədbirlər Planına uyğun olaraq 2023-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək.
ARANTV.AZ xəbər verir ki, konfransda Ulu Öndərin su təsərrüfatı sektorunda tarixi xidmətləri barədə çıxışlar və məruzələr dinləniləcək. Su ehtiyatları, içməli su təchizatı, tullantı suları və yağış suları sistemlərinin idarə olunması, ekoloji təhlükəsizlik və iqlim dəyişmələri mövzularında keçiriləcək bölmə iclaslarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə su təsərrüfatı sektorunda həyata keçirilmiş layihələr və onların əhəmiyyyəti barədə müzakirələr aparılacaq.
Konfransda məqalə ilə iştirak emək istəyənlər məqalələrini 05 mart 2023-cü il tarixinədək elektron şəkildə “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutuna (AZ1012, Bakı, Azərbaycan, Moskva prospekti, 73) təqdim etməlidirlər.
Təqdim olunacaq məqalələrin tərtibatına qoyulan tələblər barədə daha ətraflı: https://www.sukanal.az/news/news-289/