Müzəffər xalqın möhtəşəm Zəfəri
10 dekabr 2020- ci il tarixi xalqımızın çox əsirlik, zəngin tarixində ən parlaq hadisələrdən olan Zəfər paradının keçirilməsi ilə yaddaşlarda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşmən təxribatlarına cavab olaraq hücum əmri ilə başlayan Vətən Müharibəsi erməni işğalçıları və onların havadarları üzərində xalqımıza çoxəsrlik tarixinin ən böyük Zəfərini qazandırdı. Tarixin müxtəlif dövrlərində xalqımızın qazandığı qələbələr indiki qədər , ümummilli əhəmiyyət kəsb etməmişdir. Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin rəmzi olmaqla, xalqımızın qan yaddaşına əbədi həkk olundu. İkinci Qarabağ müharibəsi Azərbaycanın bütövlüyünün bərpası uğrunda aparılan mücadilə idi və Zəfər paradı onun parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsi idi. Məhz ona görə də ikinci Qarabağ müharibəsi Vətən müharibəsi adlandırılır. Bu Zəfərin memarı Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, icraçısı isə müzəffər Azərbaycan əsgəridir.
Dünya ictimaiyətininn və mediasının diqqətini cəlb edən Zəfər paradı Azərbaycan ordusunun gücünün yekun nümayişi idi . Azərbaycan hərb sənətinin tarixi çox qədim və keşməkeşli olubdur . Xalqımız əsrlər, minilliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparıb. Öz strateji coğrafi-siyasi mövqeyinə görə Azərbaycan torpaqları hər zaman xarici işğalcıların təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin ilkin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev bütün beynəlxalq tribunalardan Qarabağın Azərbaycanın ayrılmaz hissə olduğunu vurğuyalaraq Azərbaycanın bütövlüyü uğrunda hər zaman mübarizə aparmışdır. Ulu öndər Heydər Əliyev həmin dövrün iqtisadi çətinliklərini nəzərə alaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli olunmasında böyük səylər göstərmişdir. Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan yeni müstəqillik qazanmış Azərbaycanın beynəlxalq aləmdə ilk uğurları başlamışdır.
30 ilə yaxın vətən həsrəti, xalqın məğlub olması düşüncələri hər bir Azərbaycanlı üçün çox ağır idi. Müstəqilliyinin ilk günlərindən xalqımızın, dövlətimizin başına gətirilən zülümlər hamıya məlumdur. Ulu öndər Heydər Əliyevin parlaq zəkası ilə xilas edilən Azərbaycan xalqı sanki bir reinkornasiya prosesi keçmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dahada güclənən Azərbaycan dünya ölkələri arasında yeni müstəvidə qəbul edilməyə başlanılmışdır. Uğurlu iqtisadi islahatlar , etibalı tərəfdaşlıq, mültitikultural dəyərlər, texnoloji innovasiyalar , sosial sabitlik və daha nələr Azərbaycan hökümətinin ən əsas silahına cevrildi, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman bütün mötəbər tribunalarda haqlı tərəf olaraq qəbul edilmişdir.
Azərbaycan dövlətinin ən başlıca üstünlüklərindən biri dünya miqyasında baş verən hadisələri, geosiyasi vəziyyəti mövcud reallığa uyğun olaraq düzgün qiymətləndirmək idi. Bunun əsas məğzi isə gücün ədalətdən üstün olması idi. O güc ki dəmir yumruğa çevrilərək düşmənin belini qırdı.
Bakının Azadlıq meydanında Zəfər sevincinə bürünən ətraf tək azərbaycan ordusunun qüdrətinin göstəricisi deyildir, o həmdə Azərbaycan xalqının torpaq itkisi ilə barışmaz ruhunun göstəricisi idi. Zəfər paradını dahada möhtəşəm edən iki qardaş ölkə liderinin birgə pardda iştirakı idi. Vaxtı ilə Azərbaycan torpaqları işğal edilərkən məcburi köçkün soydaşlarımıza məxsus olan avtomobil nömrələrini bir trofey kimi nümaiş etdirən mənfur düşmən, Zəfər paradında özlərinə məxsus olmuş hərbi texnikalarından götürülmüş avtomobil nömrələrindən ibarət “Qarabağ Azərbaycandır” stendini gördülər. Zəfər paradı xalqımızın qisas anı idi və ölkəmizə düşmən kəsilən hər bir dövlət anlamalıdır ki, Azərbaycan xalqı
lazım olarsa Bakının Azadlıq Meydanında yeni Zəfər Paradları keçirdə bilər.
Orxan Baxşəliyev,
YAP Yevlax rayon təşkilatının fəalı.
F.Nəcəfov adına,
Yəldili kənd tam orta məktəbin direktoru.

