Bakıda sakinlər yaşadıqları binanın zirzəmisinə görə əziyyət çəkirlər.
ARANTV.AZ xəbər verir ki, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 123-də yaşayan sakinlər illərdir ətrafa üfunət qoxusu yayılan zirzəmili binada məskunlaşıblar.
Sözügedən məsələ ilə bağlı 116 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etdik. Qurum rəsmisi Mahirə Əsədova problemin kanalizasiyadan qaynaqlandığını deyir.
Baku TV əməkdaşlarının hazırladığı süjeti təqdim edirik:
