Mətbəxdə uzun zaman qalan sarımsaq adətən cücərmiş olur. Bu zaman bəzilərimiz min bir dərdin dərmanını zibil qabına atırıq. Ancaq aparılan son araşdırmalarda cücərmiş sarımsaqların daha faydalı olduğu bildirilir.
ARANTV.AZ cücərmiş sarımsağın faydalarını təqdim edir.
Bu dövrdə sarımsaqlarda daha çox antioksidləşdiricilər olur. Sarımsaq damar tıxanıqlığının qarşını alır. Nəticədə ürək damar problemlərindən qurtulmuş oluruq. Bir çox qulaq infeksiyalarının, o cümlədən bir çox digər xəstəliklərə qarşı ən yaxşı üsuldur.
Sarımsaq qocalmağı ləngidir. Lakin cücərmiş sarımsaqların faydası adi sarımsaqdan daha çoxdur. Virusları məhv edir, xərçəngə qarşı sədd yaradır.
Bu səbəblərə görə də cücərmiş sarımsaqları zibilə atmayın. Yeməklərə əlavə etməkdən çəkinməyin. Rahatlıqla istifadə edin.

Onu da deyək ki, ümumilikdə isə bu soğanaqlı bitkidən Şərq təbabətində qədim zamanlardan dərman kimi bir sıra xəstəliklərə qarşı istifadə olub.
Məsələn, xroniki mədə-bağırsaq xoralarının müalicəsində, zəiflikdə, avitaminozda, zob xəstəliklərində və s.
Tərkibində “fitonsid” maddəsinin mövcudluğundan sarımsaq son dərəcə qüvvətli bakterisid təsirə malikdir. Sarımsaqdan alınan “allisin” maddəsinin çox qüvvətli bakterisid təsiri vardır. Onun on mində bir nisbətini su ilə durulaşdırdıqda belə, yenə də bakteriyalara öldürücü təsir göstərir, onların inkişafını dayandırır.

