1948-1953-cü illərdəki deportasiya xalqımıza qarşı növbəti terror aktı idi
1948-1953-cü illərdə azərbaycanlıların
Ermənistan SSR ərazisindəki tarixi-etnik
torpaqlarından kütləvi surətdə deportasiyası
ermənilərin İkinci Dünya müharibəsinin
sonunda Sovet İttifaqının üstün mövqeyə
çıxması ilə yaranan şəraitdən bəhrələnmək
siyasətinin növbəti mərhələsi idi.
1945-ci il mayın 15-də Ermənistan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Q.Arutinov məktubla İ.Stalinə
müraciət edərək, xaricdə yaşayan ermənilərin
Sovet Ermənistanına “qaytarılması” haqqında
qərarın qəbul edilməsini xahiş edir. İyunun 6-da
İ.Stalin Kremldə Q.Arutinovu qəbul edir.
Q.Arutinov İ.Stalinə Türkiyə ilə 1914-cü ildəki
vəziyyətə uyğun sərhədləri bərpa etmək
haqqında məktubunu təqdim edir.
Oktyabrın 27-də Q.Arutinov yenidən İ.Stalinin
qəbulunda olarkən İ.Stalin ona Sovet
hökumətinin Türkiyəyə qarşı ərazi iddiasının
gündəlikdən düşmədiyini bildirir. Q.Arutinov
300 mindən artıq erməninin Sovet
Ermənistanına can atdığını, lakin ilk öncə
“mövcud ədalətsizliyin” aradan qaldırılmasını –
yəni Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistana birləşdirilməsi haqqında
məktubunu Stalinə təqdim edir.
Ermənistandan azərbaycanlıların
deportasiyası başa çatdırıldıqdan sonra orada
yaşayan azərbaycanlı əhalinin azalmasını
bəhanə edərək, rayon və respublika miqyasında
müəyyən vəzifələr tutan azərbaycanlı kadrların
ermənilərlə əvəz edilməsinə başlanıldı.
Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo
rayonlarının partiya komitələrinin azərbaycanlı
birinci katibləri, digər 10 rayonda isə ikinci və
üçüncü katibləri vəzifədən azad edərək yerlərinə
erməniləri təyin etdilər. Amasiya, Basarkeçər və
Krasnoselo rayonlarından başqa, yerdə qalan
rayonlarda Azərbaycan dilində çıxan qəzetlər
bağlandı.
Xalqımıza qarşı tarixi cinayət kimi
qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi
qiymət verilməsi və onun beynəlxalq
ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev 18
dekabr 1997-ci ildə “1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistan SSR ərazisindəki
tarixi-etnik torpaqlarından kütləvi surətdə
deportasiyası haqqında” fərman imzalamışdır.
Aran Media Qəzeti

