Bakıda xalaoğluların gecə “macəra”sı: yaralanan var

Bakının Suraxanı rayonunda cinayət hadisəsi baş verib.

ARANTV.AZ  baku.ws-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Mirtərxan Hacıağa oğlu Babayevin Çaparidze küçəsi ev 18-də xalası oğlu, 1993-cü il təvəllüdlü Taleh Telman oğlu Babayevlə aralarında mübahisə yaranıb.

Yaranmış münaqişə zəminində bıçaqla sonuncunun qarın nahiyəsinə bir ədəd zərbə vurulub.

Taleh Babayev qarın nahiyəsinə daxilə nüfuz edən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Mirtərxan Babayev hadisə yerindən qaçıb. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanıb.