İzmirdə 11-ci sinif şagirdi olan 17 yaşlı gənc qız qonaq getdiyi rəfiqəsinin evində intihar edib.
ARANTV.AZ xəbər verir ki, 17 yaşlı Sıla Kara yaxın rəfiqəsi Əsra Duman və anası Nazik Ocakın evinə qonaqlığa gedib. Bütün gecəni söhbət edən rəfiqələr yatmaq üçün otaqlarına gediblər.
Səhər saatlarında oyanan Əsra Duman rəfiqəsinin otaqda olmadığını görüb qorxuya düşür. O, dərhal anasını oyadıb Sıla Karanən otağında olmadığını bildirir. Bu zaman ana Nazik Ocak eyvanın qapısının açıq olduğunu görür. Eyvana çıxan ana-qız qorxunc mənzərə ilə qarşılaşıb.
Sıla Kara eyvanda özünü şarfla asaraq intihar edib.
Esra Duman rəfiqəsinin oyun oynadığını bilmədiyini söyləyib: “Sıla sinif yoldaşına gördüyü yuxunu danışıb. O bildirib ki, yuxuda özünü öldürmək üçün iki seçim arasında qalıb. Ölümlərin biri evdə, digəri isə uçurumdan atılmaq olub. O, sinif yoldaşları ilə danışdığı qrupda sağmı və solmı deyə seçim etməklərini istəyib. Sinif yoldaşları isə onun qoluna döymə edəcəyini düşünüb. Heç kəs onun bu cür addım atacağını düşünməyib. Çox üzgünəm. Onun intihar etməsinə səbəb olacaq böyük poblemi yox idi”. big.az
