Dağıntılar altında qalan tələbənin evindən çıxanlar… – Foto
Xəbər verdiyimiz kimi, Malatyada dağıntılar altında qalan azərbaycanlı tələbələrin axtarışları davam edir.
ARANTV.AZ xəbər verir ki, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar öz tviter hesabında dağıntılar altında qalan tələbələrdən biri Gündüz Nəzərzadənin evindən çıxan əşyaların fotosunu paylaşıb.
Fotoda G.Nəzərzadənin evindən Azərbaycan və Türkiyə bayraqları, eləcə də “Qurani-Kərim” kitabının tapıldığı əks olunub.


