Azərbaycan dövləti ədalətin tərəfdarıdır
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.
Moderator Kristof Heusgen rəsmiləri salamlayaraq, lham Əliyevin təbirincə desək, bu görüşü tarixi görüş adlandırdı.Tarixdə ilk dəfədir ki, üç ölkənin rəhbərləri görüşür .Konfransın əsas məsələsi Rusiyanın Ukraynaya müdaxiləsidir. Rusiyanın qonşuları kimi bu müharibənin ölkələrə təsiri konfransın əsas müzakirə məsələsi oldu. Moderator Kristof Heusgen Rusiyanın Ukraynaya qarşı müdaxiləsi, müharibəsi sizin ölkənizə necə təsir göstərdi sualı ilə rəsmilərə müraciət etdi. İlk olaraq Prezident Əliyevə söz verildi.
Prezident İlham Əliyev çıxışına ölkəsinin də iki il əvvəl müharibə etdiyi fikirləri ilə başladı. “ Bildiyiniz kimi, bizim öz müharibəmiz olub. 44 gün çəkmiş müharibə iki ildən bir az çox əvvəl baş vermişdir. Biz müharibənin nə olduğunu bilirik. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə, biz təbii ki, istəyirik Avrasiyada sülh bərqərar olunsun. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində çalışırıq. Ümid edirik ki, biz bu işi gec yox, tezliklə tamamlayacağıq. Düşünürəm ki, bu, ciddi tarixi fikir ayrılığına malik olan ölkələrin bir araya gəlməsi və düşmənçilik səhifəsinin bağlanmasında yaxşı nümunə ola bilər.”
Bu gün Azərbaycan regiondakı vəziyyətə iki istiqamətdən yanaşmanın zəruri olduğunu çox gözəl anlayır. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri.
Prezident bildirdi ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də tərəfdaşlarımızdan xahiş etdi ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Beləliklə, bu, iki istiqamətli həll faktiki olaraq dövlətin Ermənistanla danışıqlarını Qarabağdakı ermənilərlə əlaqələrimiz kimi daxili məsələlərimizdən ayırır. Həmçinin bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq.
Azərbaycan dövləti bunları etməyə hazırdır. Bu gün Qarabağda blokadanın olmamağını sübut edən çox faktlar var. Blokadanın olmadığını göstərən faktlardan biri ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq. Hazırkı vəziyyəti başa düşmək vacibdir. Həmçinin hazırkı vəziyyəti düzgün dəyərləndirmək üçün biz bir qədər tarixə nəzər salmalıyıq. Demək olar ki, 30 il ərzində bizim torpaqlarımız Ermənistanın işğalı altında olub. Belə ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Biz hər zaman müharibənin qarşısını almaq üçün Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını istəyirdik. Biz Minsk qrupunun nəticə əldə etməsini gözləyirdik, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etmələrini gözləyirdik. Lakin biz heç bir hərəkətin olmadığını gördük və ümumi fikir bundan ibarət idi ki, bu münaqişə dondurulmuşdur. Beləliklə, biz onun dondurulmadığını sübut etdik. Biz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün döyüşməli, 3 min həyatı qurban verməli olduq. Ona görə də biz, sadəcə, Qarabağda bugünkü vəziyyəti və ya oradakı erməni icması ilə əlaqələrimizi kontekstdən çıxararaq 30 illik işğalı, Livan böyüklüyündə ərazinin tamamilə xarabalıqlar içində olduğunu unutmamalıyıq. Bu, yadplanetlilər tərəfindən edilməyib, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edilib. Biz onları qovandan sonra indi onlar ədalət üçün yalvarırlar. Onlar – ərazimizi 30 il ərzində işğal altında saxlayanlar bizi işğalda günahlandırırlar.
Bir məsələni də unutmaq olmaz ki, baş nazirin istinad etdiyi 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır. Azərbaycan müharibə apardı, müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən qəbul olunub. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin baş nazirə verdiyi yeni mandatdır və bu, sülh naminə mandat idi. Ona görə də biz gələcəyə baxmalıyıq. Düşünürəm ki, biz gələcəyə və bu günə baxsaq, sessiyadan əvvəl müzakirə etdiyimiz kimi, bu gün tarixi gündür. Çünki ilk dəfədir ki, müstəqil dövlətlərin 3 lideri bir araya gəlib, – sovet dövründə belə hallar olub, – biz bu fürsəti əldən verməməliyik.
Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Azərbaycan dövləti Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırdı.
Bəzən elə bir təəssürat yaranır ki, Azərbaycan tərəfi bütün vəziyyətə dini don geyindirmək istəyir. Bu, çox təhlükəlidir. Münaqişənin heç bir dini konteksti yoxdur. Buna sübut olaraq deyə bilərəm ki, bizim ölkədə müsəlman icması yaşayır, məscid fəaliyyət göstərir. Budur reallıq. Azərbaycan tərəfindən səslənən ifadələr nə deməkdir? “Kapitulyasiya” və s. kimi az qala təhqiramiz sözlər nəyə lazımdır? Kənardan elə təəssürat yaranır ki, Azərbaycan özünü qisas siyasətini rəhbər tutmuş bir ölkə kimi göstərmək istəyir. Ola bilər ki, elə budur Azərbaycanın yürütdüyü siyasət. Amma deyildi ki, bizim çox mürəkkəb tariximiz var. Lakin biz onu hansı məqsədlər üçün istifadə etmək istəyirik? Qeyri-tolerantlığı, nifrəti, regionumuzda təcavüzkar ritorikanı püskürtmək üçün, yoxsa tam fərqli olaraq bu platformanı vəziyyəti yaxşılaşdırmaq məqsədilə istifadə etmək üçün? Biz hesab edirik ki, bu platforma konstruktiv məqsədlər üçün istifadə olunmalıdır. Əlbəttə, burada oturub uzun-uzadı düşmənçilik barədə danışa, misallar çəkə bilərik. Bəs o zaman bizim liderliyimizin mənası nədir? Düşmənçiliyi dərinləşdirmək, yoxsa öz imkanlarımızı, nüfuzumuzu, mandatımızı istifadə etmək? Dediyim kimi, bizim nöqteyi-nəzərdən məsələnin həlli demokratiyadan, şəffaflıqdan, dialoqdan, bölgəmizdəki bütün dövlətlərə qarşılıqlı hörmətdən keçir. Biz bu istiqamətdə işləməyə hazırıq.
Reyhan Ələkbərova,
YAP Xətai rayon təşkilatının “Telnov 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

