Hadisə 

Abşeron sakinini yük maşını vurub

Qobuda piyada “KamAZ”ın altında qalıb.

APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində Xalçaçılıq sexinin qarşısında qeydə alınıb.

1998-ci il təvəllüdlü Gülməmmədli Katib İsmayıl oğlu yolu keçərkən onu “KamAZ” markalı yük avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daha çox xəbərlər