Cəmiyyət 

Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur

Bildiyimiz kimi fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Qafqazda təhlükəsizliyin qurulması “mövsuzunda keçirilən plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etmişlər. Həmin plenar iclasda həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının  Baş naziri N.Paşinyan, ATƏT-in Baş katibi,Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid iştirak etmişlər. Prezident İlham Əliyev bu görüşü tarixi görüş adlandırmışdır.Çünki tarixdə ilk dəfədir ki,üç ölkənin-Azərbaycan,Gürcüstan və Ermənistanın rəhbərlərinin görüşü baş tutmuşdur.

Görüşdə bir neçə məsələlərə xüsusi diqqət yetirilmişdir. Lakin əsas olaraq,Rusiyanın Ukrayna ilə müharibəsinin Azərbaycana,Gürcüstana və Ermənistana təsiri məsələsinə önəm verilmişdir. Azərbaycan Prezidenti bu məsələyə, əlbəttə ki,sülhsevər bir lider kimi münasibət bildirmişdir. “Biz müharibənin nə olduğunu bilirik.Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini də bilirik.Buna görə də biz istəyirik ki,sülh bərqərar olunsun.Hazırda biz Ermənistan ilə Azərbaycan arasında sülh sazişi üzərində  çalışırıq”.

Azərbaycan Prezidenti bir daha dünyaya bəyan etdi ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var. Biz yalnız Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq.

Ümumiyyətlə, tədbir boyu verilən suallara Prezidentimiz İlham Əliyevin verdiyi tutarlı və əsaslanmış cavablar bir daha sübut edir  ki, dövlətimiz etibarlı əllərdədir.

K.Həsənova,
YAP Xətai rayon təşkilatının “Yusif Səfərov XI” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü

Daha çox xəbərlər