Bakıda dəhşətli qəzaya düşən təcili yardım maşını hansı xəstəxananındır? – VİDEO
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Ələt qəsəbəsi yaxınlığında sürücünün idarəetməsindən çıxaraq işıq dirəyinə çırpılan “Mercedes” markalındə təcili yardım avtomobili Səhiyyə Nazirliyi Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə məxsus olub. avtomobildə olan şəxslərin hamısı həmin mərkəzin işçiləri olub. qəza zamanı hadisəni törədən mərkəzin sürücüsü demək olar ki, ciddi xəsarət almayıb. Lakin mərkəzin əməkdaşları 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Yaralılar arasında Sibel Məmmədlinin vəziyyətinin çox ağır olduğu, həkimlərin onu həyatda saxlamaq üçün çalışdığı bildirilir. Belə ki, hadisədə 24 yaşlı Sibelin hər iki ayağı bud nahiyədən qırılıb. Onda həmçinin açıq kəll-beyin travması diaqnozu, daxili orqanların zədələnməsi və digər birləşmiş travmalar təyin edilib.

