Bakıda 91 saylı avtobusda dava: Sərnişin sürücünü təpiklədi – VİDEO
Digər sərnişinlər onları ayırmağa çalışıb
Bakıda 91 saylı marşrut avtobusunda insident baş verib.
ARANTV.AZ xəbər verir ki, dünən axşam saatlarında Avtovağzal-Binəqədi istiqamətində hərəkət edən 91 saylı avtobusda münaqişə yaşanıb.
Təxminən 20-25 yaşlı sərnişin sürücüdən avtobusu dayanacaqdan kənar yerdə saxlamağı tələb edib.
Adil adlı sürücü onun istəyini yerinə yetirməyəndə sərnişin birbaşa sürücünün üstünə yeriyərək onu təpikləməyə başlayıb.
Avtobusda olan digər sərnişinlər onları ayırmağa çalışsalar da buna nail ola bilməyiblər.
AzNews.az

