Cəmiyyət 

Bakıda gənc itkin düşdü – Arvadı axtarır…

Bakı sakini naməlum şəraitdə itkin düşüb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində qeydə alınıb.

Gəncə prospekti 69, mənzil 129-da yaşayan Manafova Vüsalə Nizami qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Manafov Gündüz Elxan oğlu aprelin 28-də evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Daha çox xəbərlər