Cəmiyyət 

Ət yenə BAHALAŞDI – VİDEO

Mağazalarda sümüksüz dana ətinin qiymətində artım var.

Xezerxeber.az-ın məlumatına görə, dana ətinin qiymətinin artması sümüksüz ətin də bahalaşmasına səbəb olub.

Bakıda qəssabxanalarda dana əti həm sümüklü, həm də tam sümüksüz formada satılır. Sümüklü ətin qiyməti 13 manat 50 qəpik-14 manat arasındadır, sümüksüz ət isə 17-18 manatdır.

Satıcılar deyirlər ki, əvvəllər sümüksüz ət daha ucuz idi. Ancaq son günlər dana ətinin qiymətinin artması sümüksüz ətin də bahalaşmasına səbəb oldu. Onların sözlərinə görə, 1 kq dana ətində təxmini 300 qr sümük olur.

Satıcıların sözlərinə görə, əgər dana ətinin qiyməti növbəti dəfə bahalaşmasa, sümüksüz ətin qiyməti stabil qalacaq.

Daha çox xəbərlər