İntihara cəhd edən məktəblidən ŞOK SÖZLƏR: “Müəllimə ətəyimi dartıb, dedi ki…” – VİDEO
Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonundakə 109 nömrəli məktəbin şagirdi intihara cəhd edib.
ARANTV.AZ xəbər verir ki, intihara cəhd edən V sinif şagidi Fatimə Əliyeva müəllimlər tərəfindən sıxışdırıldığını deyib.
Fatimə Əliyevanın sözlərinə görə, müəllimlər şagirdlər arasında ayrı-seçkilik qoyurlar:
“Mən ibtidai sinfi bitirib, V sinfə keçdikdən sonra müəllimələr mənimlə pis davranmağa bağladılar. Şagirdlər arasında ayrı-seçkilik qoyurdular. Hansı şagirdin pulu var idisə, ona qarşı daha çox diqqətçil idilər. İmkanlı şagirdə “qızım, ürəyim, canım”, – deyirdi. Mənə qarşı çox kobud davranırdı, hətta bir neçə dəfə təhqir də eləmişdi. Uşaqlar da mənə gülürdü”.
F. Əliyeva ən çox sinif rəhbərindən gileyli olduğunu bildirib:
“Sinif rəhbərim Nigar Məmmədova məndən fərqli olaraq, digər şagirdlərlə çox yaxşı rəftar edirdi. Əynimdən ətəyimi dartırdı. Dəfələrlə sinifdə ağlamışam. Bir dəfə də Nigar müəlliməyə yaxınlaşıb icazə istədim. Müəllimə mənə “aktyorluq etmə. Get dərsində otur”, – dedi.

