Cəmiyyət 

İYRƏNC MƏNZƏRƏ! Azərbaycanda yolun ortasında zibilxana – FOTO

Sumqayıtın 47-ci məhəlləsində yerləşən zibilxana sakinlərin narazılığına səbəb olub.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Oxu.Az-a məhəllə sakinləri məlumat veriblər.

Onların sözlərinə görə, zibilxana piyada və avtomobil yolunun üzərində yerləşir:

“Zibilxananın hazırkı yerindən uzaqlaşdırılması üçün Mənzil Kommunal Təsərrüfatı Birliyinə və Təmizlik Departamentinə müraciət etmişik. Müraciətimizə baxan yoxdur. Bu zibil qutusu həm avtomobillərin, həm də piyadaların hərəkətinə mane olur”.

Daha çox xəbərlər